Azərbaycan süni peykləri üçün kosmosda fərdi mövqelərə sahib olmaq niyyətindədir

Azərbaycan süni peykləri üçün kosmosda fərdi mövqelərə sahib olmaq niyyətindədir
# 13 fevral 2014 08:48 (UTC +04:00)

«APA-Economics»in xəbərinə görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: «Qurumun bazarın tənzimlənməsi məsələlərində Nazirlikdən asılılığını maksimum şəkildə azaltmağa çalışacağıq».


Azərbaycanın orbitə çıxarmağa planlaşdırdığı ikinci süni telekommunikasiya peykindən danışan nazir əlavə edib ki, ölkə ümumilikdə 8 orbital mövqe üzrə qonşu kosmik ölkələrlə danışıqlara başlayıb: «Çünki onların istifadəsi üçün koordinasiya lazımdır. Bu, çox çətin prosesdir, çünki kosmik fəzada sıxlıq daha böyükdür. Əsas danışıqlar Rusiya və onun şirkətləri ilə aparılmalıdır. Bizim kosmik fəzada əsas yeri onlar tuturlar. Hesab edirik ki, hər iki peykimiz üçün fərdi orbital mövqelərimizdən istifadə edə biləcəyik».


Ə.Abbasov qeyd edib ki, Azərbaycanın orbital mövqeləri Şərqi Avropadan Sakit okeana qədər ərazini əhatə edir. Onun sözlərinə görə, bu ərazidə Rusiya, Yaponiya, Çin kimi ölkələr yerləşir ki, bu məsələ onlarla razılaşdırılmalıdır.


«Çünki tezlik fəzası olduqca sıxdır. Rentabelli layihələrə çıxmaq üçün onları qonşu kosmik ölkələrlə razılaşdırmaq lazımdır. Hazırda «Azerispace-1» süni peyki üçün Malayziyanın orbital mövqeyini 20 illik icarəyə götürməklə istifadə edərik. Lakin sonrakı peyklərdə Azərbaycanın öz orbital mövqelərindən istifadə etmək istəyirik», - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR