Ermənistanın hakim partiyası: Nursultan Nazarbayevin Gömrük İttifaqının sərhədlərini Dağlıq Qarabağ problemi ilə əlaqələndirməsi qəbuledilməzdir

Ermənistanın hakim partiyası: Nursultan Nazarbayevin Gömrük İttifaqının sərhədlərini Dağlıq Qarabağ problemi ilə əlaqələndirməsi qəbuledilməzdir
# 25 dekabr 2013 10:07 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan deyib. O bildirib ki, belə bəyanat Qazaxıstan və Azərbaycan arasındakı dostluq münasibətləri ilə əlaqədardır və N. Nazarbayev vaxtaşırı Qarabağ problemini qaldırır.

Q. Saakyan Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı imzalanan “yol xəritəsi” haqda heç nə bilmədiyini etiraf edib və yaxın vaxtlarda bu sənədin dərc olunacağını söyləyib.

Xatırladaq ki, Avrasiya Ali İqtisadi Şurasının dekabrın 24-də keçirilən iclasında N. Nazarbayev bildirib ki, onun ölkəsi Ermənistanın Gömrük ittifaqına qoşulmasına dair “yol xəritəsi”nə xüsusi qeydlə imzalayacaq. O, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsində izahat gözlədiklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR