Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni tərkibi təsdiqlənib

Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni tərkibi təsdiqlənib
# 12 iyun 2014 07:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni tərkibini təsdiq edib.

APA-nın verdiyi məlumata görə, qərara əsasən il ərzində əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 136,8 kq çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 38 kq meyvə və giləmeyvə, 32,9 kq ət və ət məhsulları, 223,6 kq süd və süd məhsulları, 7,7 kq balıq və balıq məhsulları, 150 ədəd yumurta, 16,9 kq şəkər və qənnadı məmulatları, 10,9 kq bitki yağı, marqarin və digər piylər, 7 kq kərə yağı, 4,7 kq digər məhsullar daxildir.

Pensiyaçılar üçün adambaşına minimum istehlak səbətinə 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 32 kq meyvə və giləmeyvə, 25,6 kq ət və ət məhsulları, 233,8 kq süd və süd məhsulları, 6,8 kq balıq və balıq məhsulları, 100 ədəd yumurta, 15,8 kq şəkər və qənnadı məmulatları, 8,4 kq bitki yağı, marqarin və digər piylər, 5,8 kq kərə yağı, 3,3 kq digər məhsullar daxil edilib.

Uşaqlar üçün (0-15 yaş) adambaşına minimum istehlak səbətinə 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,72 kq tərəvəz və bostan məhsulları, 76 kq meyvə və giləmeyvə, 29,6 kq ət və ət məhsulları, 258,6 kq süd və süd məhsulları, 8 kq balıq və balıq məhsulları, 183 ədəd yumurta, 19,7 kq şəkər və qənnadı məmulatları, 7 kq bitki yağı, marqarin və digər piylər, 6 kq kərə yağı, 4 kq digər məhsullar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR