Nazirlər Xocalı soyqırımının Türkiyədə dərsliklərə salınması məsələsi müzakirə ediblər

Nazirlər Xocalı soyqırımının Türkiyədə dərsliklərə salınması məsələsi müzakirə ediblər
# 27 fevral 2014 07:21 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Türkiyənin milli təhsil naziri insanlığa qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin qardaş ölkədə də ehtiramla anıldığını bildirib.

Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub. Bu mövzunun tədrisi məsələsinin xüsusi yanaşma tələb etdiyini nəzərə alaraq, müvafiq mütəxəssislərin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR