İran XİN-in sabiq sözçüsü Ramin Mehmanpərəst yeni vəzifəyə təyin edilib

İran XİN-in sabiq sözçüsü Ramin Mehmanpərəst yeni vəzifəyə təyin edilib
# 17 mart 2014 07:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Xarici İşlər Nazirliyinin sabiq sözçüsünə yeni vəzifə verilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ramin Mehmanpərəst İranın Polşadakı səfiri təyin edilib. Bu vəzifədə o, Səmədəli Ləkizadəni əvəzləyib.

Qeyd edək ki, R.Mehmanpərəst İran XİN-in sözçüsü vəzifəsindən istefa verib. Buna səbəb onun İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərinə qatılmasıdır. Belə ki, R.Mehmanpərəst mayın 11-də prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib. Ancaq İran XİN-in keçmiş sözçüsü mayın 20-də prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan əvvəl R.Mehmanpərəst İran XİN-in Mətbuat və İctimai Diplomatiya Mərkəzinin rəhbəri, həmçinin İranın Tailand və Qazaxıstandakı səfiri vəzifələrində də çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR