Belçikada uşaq evtanaziyasına icazə verilib

Belçikada uşaq evtanaziyasına icazə verilib
# 14 fevral 2014 00:34 (UTC +04:00)

Bakı-APA. Belçikada uşaq evtanaziyasına rəsmi icazə verilib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Belçika parlamentinin aşağı palatası tərəfindən qəbul olunan qanun layihəsi sağalmaz, müalicəsi mümkün olmayan xəstəlikdən və ağrılardan əziyyət çəkən uşaqları könüllü olaraq evtanaziya etməyi nəzərdə tutur.

Qərar uşağın valideynləri tərəfindən dəstəklənməlidir.

Qanun kral Filip tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Bir müddət əvvəl Belçika Senatı ağır xəstəlikdən əziyyət çəkən uşaqların evtanaziyasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR