Türkiyədə keçirilən etiraz aksiyalarında bir polis ölüb

Türkiyədə keçirilən etiraz aksiyalarında bir polis ölüb
# 06 iyun 2013 11:36 (UTC +04:00)

Bakı – APA. Türkiyədə keçirilən kütləvi etiraz aksiyalarında daha bir ölüm faktı qeydə alınıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu dəfə ölən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Belə ki, iyunun 5-də Adana şəhərində nümayişçilərin dağıdılması zamanı yeni inşa olunan yeraltı keçidə düşən polis komissarı ağır yaralanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR