Gələn il Bakıda dünya gənc alimlərinin forumu keçiriləcək

Gələn il Bakıda dünya gənc alimlərinin forumu keçiriləcək
# 11 dekabr 2013 10:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gələn il Bakıda dünya gənc alimlərinin forumu keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə məlumat verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, dünya gənc alimlərinin forumunun gələn ilin may ayında təşkil olunması planlaşdırılır. Nazir müavinin sözlərinə görə, bu yay Azərbaycanda Avropa ölkələri üzrə gənc alimlərin forumu keçirilib və gələcəkdə bu tədbirlərin arealı daha da genişləndiriləcək: “İstəklərimiz çoxdur və ölkəmizin inkişafına əsaslanaraq, ölkə başçısının həyata keçirdiyi siyasətdə məhz elmin inkişafına xüsusi dəstəyi görərək bütün işlərə lazımi dəstək göstərməyə hazırıq. Bu il nazirlik tərəfindən də elm sahəsi ilə bağlı mühüm layihələr həyata keçirilib. Bunlara “İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması”, “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi və digərləri daxildir. Elmin İnkişafı Fondu tərəfindən hər il müsabiqələrin keçirilməsi, qrantlar ayrılması gənc alimlər üçün öz potensial və bacarığını nümayiş etdirmək üçün əlavə imkanlar yaradır. Biz də istəyirik ki, gənclər elmin inkişafına öz töhfələrini vermək üçün daha da həvəsli olsunlar və dünya ictimaiyyətinə öz fikrini çatdıra bilsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR