WTI markalı neft yenidən ucuzlaşıb

WTI markalı neft yenidən ucuzlaşıb
# 12 fevral 2014 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,12 dollar və ya 0,1% azalaraq 1 barelə görə 99,94 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, fevralın 11-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,05 dollar və ya 0,04% artaraq 108,68 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR