Vladimir Putinin mətbuat katibi: “Kreml Ukraynadakı hadisələri diqqətlə izləyir”

Vladimir Putinin mətbuat katibi: “Kreml Ukraynadakı hadisələri diqqətlə izləyir”
# 19 fevral 2014 11:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Kreml Ukraynadakı hadisələri diqqətlə izləyir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, rəsmi Moskvanın Ukraynadakı hadisələri diqqətlə izlədiyini və qarışmamaq prinsipinə əməl etdiyini bildirib: “Biz mütləq orda baş verənlərə münasibətimizi bildirəcəyik. Lakin bu, bir qədər sonra olacaq. Əsas prinsip Kievdə baş verənlərə qarışmamaqdan ibarətdir. Bu barədə dəfələrlə deyilib və Kreml də bu xətti tutub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR