Azərbaycan yığması tarixinin ən uğurlu seriyasını təkrarlayıb

Azərbaycan yığması tarixinin ən uğurlu seriyasını təkrarlayıb
# 17 oktyabr 2013 08:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi tarixinin ən uğurlu seriyasını təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda ardıcıl 6 qarşılaşmada uduzmamaqla, 15 il əvvəlki rekorduna çatıb.

Bu il martın 26-da Portuqaliyaya 0:2 hesabı ilə uduzan yığmamız sonrakı 6 qarşılaşmada 2 qələbə qazanıb və 5 heç-heçə edib. Özü də bu oyunların 4-ü seçmə xarakteri daşıyıb.

Son məğlubiyyət:

26 mart 2013. DÇ. Bakı. Azərbaycan – Portuqaliya - 0:2

Seriya:

29 may 2013. YO. Doha. Qətər – Azərbaycan - 1:1

7 iyun 2013. DÇ. Bakı. Azərbaycan – Lüksemburq - 1:1

14 avqust 2013. YO. Bakı. Azərbaycan – Malta - 3:0

7 sentyabr 2013. DÇ. Ramat-Qan. İsrail – Azərbaycan - 1:1

11 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan – Şimali İrlandiya – 2:0

15 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan – Rusiya – 1:1

İlk rəsmi matçını 1992-ci ildə keçirən komandamızın 21 illik tarixində yalnız 1 dəfə 6 oyunluq məğlubiyyətsizlik olub. Bu da 1998-ci ilə təsadüf edib. Lakin 15 il əvvəl millimiz 4 qələbə və 2 heç-heçəni yoxlama oyunları ilə bu tip turnirlərdə əldə etmişdi. Seçmə oyununda uduzan yığmamız növbəti seçmə matçınadək uduzmamışdı.

Son məğlubiyyət:

11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan 5:0

Seriya:

22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova 1:0
24 aprel 1998. Bakı. YO. Azərbaycan – Özbəkistan 2:1
16 may 1998. Vilyandi. BT. Estoniya – Azərbaycan 0:0
24 iyun 1998. Tallin. BT. Andorra – Azərbaycan 0:0
26 iyun 1998. Vilyandi. BT. Litva – Azərbaycan 1:2
12 avqust 1998. Gəncə. YO. Azərbaycan – Gürcüstan 1:0

Seriyanı qıran məğlubiyyət:

5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 3:0

İndi millimiz yeni rekord üçün cəmi 1 oyun uduzmamalıdır. Noyabrın 15-də Estoniya ilə səfər matçında komandamız növbəti rekordu əldə edə bilər. Həmin görüş məğlubiyyətsiz 7-ci görüş olarsa, 15 il əvvəlki rekord da unudulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR