İran həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı fəalın səhhəti pisləşib

İran həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı fəalın səhhəti pisləşib
# 04 may 2014 19:55 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Təbriz həbsxanasında 20 gündür aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbusun həyatı üçün təhlükə yaranıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Yürüş Mehrəlibəyli (Ayət) mayın 3-də bacısı ilə telefonla danışıb və səhhətinin kəskin pisləşdiyini bildirib. O, kəskin mədə ağrısından və yuxusuzluqdan əziyyət çəkdiyi bildirib.

Y.Mehrəbəyliyə dəstək məqsədilə 20 güneyli qadın fəal mayın 4-də bəyanat yayaraq, aclıq aksiyasına başladıqlarını bildiriblər.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Y.Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində həbs edib. O, Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvüdür. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR