Mingəçevirdə ev yanıb

Mingəçevirdə ev yanıb
# 12 dekabr 2013 20:08 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün 16:30 radələrində Mingəçevir şəhər sakini 1954-cü il təvəllüdlü Xəlilov Ramazan Əli oğluna məxsus ümumi sahəsi 90 kvadratmetr olan evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı iki otaqlı evin 40 kvadratmetrlik hissəsi içəridəki əşyalarla birgə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınsöndürənlər evə bitişik yardımçı tikililəri alovdan mühafizə ediblər. İlkin ehtimala görə yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR