Şəkiyə dolu və leysan yağıb

Şəkiyə dolu və leysan yağıb
# 15 may 2013 07:08 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkiyə dolu və leysan yağıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, ötən gün axşam saatlarında Şəkidə hava şəraiti qəfildən pisləşib, saat 19.30 radələrində Şəki şəhər ərazisinə 5 dəqiqə ərzində dolu düşüb. Dolunun ardınca qıza müddətli leysan yağıb. Nəticədə şəhərin bir çox küçələrinə sel gəlib. Bəzi yollarda problem yaranıb. Problem daha çox şəhərin Məmməd Əmin Rəsulzadə prospektində və Salman Mümtaz küçəsində müşahidə olunub. Belə ki, su arxlarının dolması səbəbindən su asfalta yayılıb, bu da avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Prospektin və küçənin bəzi hissələrində sel suları asfalt örtüyünü dağıdıb. Şəki şəhər Fövqəladə Hallar Komissiyasından APA-ya bildirilib ki, ötən axşam yağan dolu və güclü yağış nəticəsində ciddi problemlər yaranmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR