Misirdə "Müsəlman qardaşları" rəhbərliyindən 8 nəfər həbs olunub

Misirdə "Müsəlman qardaşları" rəhbərliyindən 8 nəfər həbs olunub
# 14 avqust 2013 22:00 (UTC +04:00)

Bakı-APA. Misir Daxili İşlər Nazirliyi “Müsəlman qardaşları” hərəkatının rəhbər şəxslərindən 8 nəfəri həbs edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu xəbəri yerli KİV-ə Misir Daxili İşlər Nazirliyindəki mənbə ötürüb. Həbs olunlar arasında “Azadlıq və ədalət” partiyası sədrinin müavini İsam Əryan, həmin partiyanın Hizədəki sabiq baş katibi Məhəmməd əl-Baltaqi, islam alimi Safyat Xiqazi və “Müsəlman qardaşları”nın rəsmi nümayəndəsi Əhməd Arif var.

Misir Daxili İşlər Nazirliyindən bildiriblər ki, həbs əməliyyatı zamanı “Müsəlman qardaşları” rəhbərlərinin mühafizəsi atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR