Xocalı Soyqırımının 22-ci ildönümü münasibətilə Ankarada xatirə tədbiri həyata keçirilib - FOTOSESSİYA

Xocalı Soyqırımının 22-ci ildönümü münasibətilə Ankarada xatirə tədbiri həyata keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2014 04:57 (UTC +04:00)

Bakı-APA. Xocalı Soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində cari ilin 25 fevral tarixində Ankaranın Kızılcahamam rayonunda səfirliyin təşəbbüsləri ilə inşasına başlanan və hal hazırda inşa prosesi davam edən Xocalı Muzeyi və Xocalı Abidəsi ərazisində xatirə tədbiri həyata keçirilib.

Tədbirdə Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşqun Ünal, Kızılcahamam rayonu icra başçısı Mustafa Çit, səfir Faiq Bağırov, millət vəkilləri Qənirə Paşayeva və Arif Rəhimzadə çıxış edərək Xocalı Soyqırımı haqqında dəyərli fikirlərini Kızılcahamam rayonu ictimaiyyəti ilə bölüşüblər.

Tədbirdə eyni zamanda inşası davam edən və yaxın zamanda açılışı gözlənilən Xocalı Abidəsi və Muzey kompleksi haqqında ictimaiyyətə ətraflı məlumat da verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR