Ukrayna Rusiyaya donuz ətinin ixracını dayandırıb

Ukrayna Rusiyaya donuz ətinin ixracını dayandırıb
# 26 fevral 2014 04:34 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya Dövlət Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) ötən gün ərazi idarələrinə müvafiq bildiriş ünvanlayıb.

Rusiya Dövlət Kənd Təsərrüfatına Nəzarət Xidmətinin saytında bildirilir ki, sertifikatlaşdırılmanın dayandırılması bütün Ukrayna şirkətlərini əhatə edib. Bundan əvvəl baytarlıq sertifikatlaşdırılmanın dayandırılması yalnız Luqansk, Xarkov və Donetsk vilayətlərinə şamil olunurdu.

Məlumata görə, Rosselxoznadzor bundan əvvəl Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidmətinə müraciət edərək Luqansk vilayətində Afrika taunu xəstəliyinin aşkarlanması səbəbindən donuz ətinin ölkədən Rusiyaya ixracını dayandırılmasını xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR