«Sazz Internet» hərbi qulluqçular üçün kampaniya keçirir

«Sazz Internet» hərbi qulluqçular üçün kampaniya keçirir
# 25 iyun 2013 12:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Genişzolaqlı simsiz internet xidməti göstərən «Sazz İnternet» şirkəti 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kampaniyada iştirak edən bütün hərbi qulluqçulara «AX 326» USB-modemi hədiyyə olunacaq. Kampaniya iştirakçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 manat) ödəmək kifayətdir.


Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən «Sazz» satış məntəqəsinə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbçi vəsiqəsini təqdim etməlidir. Hədiyyə kampaniyası iyunun 26-dan 30-dək şirkətin Bakı şəhəri, Süleyman Rüstəm küçəsi,9 ünvanında yerləşən baş ofisində, eləcə də Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlərindəki bütün «Sazz» satış məntəqələrində keçiriləcək. Satış məntəqələrinin siyahısı ilə www.sazz.az saytında tanış olmaq mümkündür.

«Sazz İnternet»in satış məntəqələri həftənin şənbə və bazar, həmçinin bütün bayram günlərində xidmət göstərir.

Xatırladaq ki, «Sazz İnternet» yeni abunəçilərə internet xidmətini 5 gün ərzində 200 Mbit trafiki ilə yoxlayıb test etmək imkanını verir.

Hazırda «Sazz İnternet» Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda isə «Sazz İnternet»in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR