“Günəşli” yatağında yeni quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağında yeni quyu əsaslı təmirdən sonra istismara verilib
# 07 avqust 2013 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yatağın işlənməsini həyata keçirən “28 May” NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə “Günəşli” yatağındakı 3-cü özüldən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən 2884-2875 metr intervaldan sutkada 35 ton neft, 15000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR