Ukraynanın İvano-Frankovsk şəhərində etirazçılar dövlət binalarını ələ keçiriblər

Ukraynanın İvano-Frankovsk şəhərində etirazçılar dövlət binalarını ələ keçiriblər
# 19 fevral 2014 08:56 (UTC +04:00)

Bakı – APA. Ukraynanın İvano-Frankovsk şəhərində etirazçılar vilayət prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binalarını ələ keçiriblər.

APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, gecə saatlarında yüzlərlə şəxs prokurorluğun binasına daxil olub.

Bir müddət sonra onlar Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binasını ələ keçirməyə müvəffəq olublar.

Etirazçılar həmin binada qərargah yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR