Polis İstanbul və Ankarada etirazçıları dağıdıb

Polis İstanbul və Ankarada etirazçıları dağıdıb
# 12 mart 2014 18:50 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dəfn mərasimindən sonra aksiya iştirakçıları polisin bağladığı Taksim meydanına doğru yürüş etmək qərarına gəliblər.

Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək nümayişçilərin meydana doğru hərəkətinə imkan verməyib.

Eyni zamanda, yüzlərlə insan Ankaradakı Qızılay meydanına toplaşıb. Burada da polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Türkiyənin bir çox şəhərlərində də Berkin Əlvanın ölümü ilə əlaqədar etiraz aksiyaları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR