Yarım milyondan artıq insan TQDK-nın elektron xidmətlərindən yararlanıb

Yarım milyondan artıq insan TQDK-nın elektron xidmətlərindən yararlanıb
# 01 aprel 2014 12:51 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Son iki il ərizində yarım milyondan artıq insan TQDK-nın elektron xidmətlərindən yararlanıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buraya "Sınaq imtahanlarına yazılışın internet vasitəsilə aparılması", "Onlayn sınaq imtahanlarının keçirilməsi", "Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun elektron üsulla həyata keçirilməsi", "Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ixtisas seçiminin aparılması", "Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda qeydiyyatın və qabiliyyət imtahanları üzrə nəticələrin işlənməsinin internet vasitəsilə aparılması", "İmtahana buraxılış vərəqlərinin internet vasitəsilə gerçəkləşdirilməsi", "Abituriyentlərə kömək məqsədilə fənlər üzrə videomühazirələrin təşkili", "Bölgələrin təhsil işçilərinin TQDK-nın tədbirlərinə qatılması üçün Komissiyanın inzibati binası ilə bölgələr arasında videobağlantıların qurulması" daxildir.

Həmçinin təsnifatda "TQDK-nın "Ödəmə kartı"nın elektron satışının tətbiqi", "Mənim məktəbim" saytında respublikanın bütün ümumtəhsil məktəblərinin məzunlarının "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin fəaliyyəti", "Magistratura və rezidentura səviyyələrinə ərizə qəbulu zamanı elektron imza sertifikatı olan şəxslərə sənəd qəbulu komissiyalarına müraciət etmədən öz ərizələrini özləri tərəfindən elektron imza ilə təsdiq etmək imkanının yaradılması" və s aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR