Elmar Məmmədyarov Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 fevral 2014 13:20 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvana Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Pandu T.C Skelemani ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Botsvana arasında ikitərəfli məsələlər, Azərbaycanın regiondakı rolu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri, iqtisadi, mədəni və enerji sahələrində əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, BMT və digər beynəlxalq təşkilatların Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələri, hal-hazırda gedən danışıqlar prosesi barədə botsvanalı həmkarını ətraflı məlumatlandırıb.

Azərbaycan xarici işlər nazirinin Botsvanaya səfərinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm hadisə olduğunu bildirən botsvanalı nazir, gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirilməsini və səfərlər mübadiləsinin təşkilini təklif edib. E. Məmmədyarov da öz növbəsində botsvanalı həmkarını Azərbaycana səfərə dəvət edib. Bostvanalı nazir dəvəti məmnuniyyətlə qəbul edərək iki ölkə arasında əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin əhəmiyyətli və vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR