Əli Hüseynli: “Avropa Birliyi ilə münasibətlərdə hüquqi baxımdan irəliləyişlər olsa da, praktikada ciddi problemlər mövcuddur”

Əli Hüseynli: “Avropa Birliyi ilə münasibətlərdə hüquqi baxımdan irəliləyişlər olsa da, praktikada ciddi problemlər mövcuddur”
# 10 aprel 2014 11:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Viza rejimin sadələşdirilməsi ilə bağlı Azərbaycanla Avropa Birliyi arasında sənədlər səviyyəsində irəliləyiş var. Amma elə hal yaranıb ki, bu məsələdə hüquqi rejim dəyişsə də, praktika dəyişməyib”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisinin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, tələbələr, turizm məqsədilə gedənlər mütəmadi problemlərlə üzləşirlər: “Hüquqi rejim belədir ki, Şengen vizası alan şəxs özünə münasib olan yolu, marşrutu seçir. Lakin ora çatdıqdan sonra problem yaranır ki, məsələn, nə üçün Fransa və ya İtaliya səfirliyindən viza almısınız, amma Frankfurta gəlmisiniz. Bu hallar yolverilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR