Azərbaycanda xam neft istehsalı 5% azalıb

Azərbaycanda xam neft istehsalı 5% azalıb
# 18 fevral 2014 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 2,0 mlrd. manat olmaqla əvvəlki ilin yanvar ayının səviyyəsindən 4,6% az olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xam neft (qaz kondensatı daxil olmaqla) istehsalı 3 584,6 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalma deməkdir.

Bu müddət ərzində əmtəəlik təbii qaz istehsalı 6,7% artaraq 1 647,8 mln. kubmetr təşkil edib.

Ötən ay ölkədə emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 542,5 mln. manat dəyərində və ya əvvəlki ilin yanvar ayına nisbətən 1,7% az məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR