Cəlilabadda 17 yaşlı oğlanı ilan çalıb - FOTO - VİDEO

Cəlilabadda 17 yaşlı oğlanı ilan çalıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 may 2014 11:39 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Soltankənd kəndində baş verib. Kənd sakini, 17 yaşlı İbrahim Şaməddin oğlu Əzizov ot biçmək üçün atası ilə birlikdə otlaq sahəsinə gedib. Otluqlar arasında hərəkət edərkən nəyinsə onun ayağını sancdığını hiss edib. Bir qədər sonra ayağında ağrı hiss edən İbrahimi atası Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıb.

Xəstəxanada İbrahimə müvafiq tibbi yardım göstərilib və hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, 3 gün bundan əvvəl də Cəlilabad rayonunda 18 yaşlı qızı ilan sancmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR