Azərbaycan prezidenti Avstraliya İttifaqının general-qubernatoruna təbrik məktubu ünvanlayıb

Azərbaycan prezidenti Avstraliya İttifaqının general-qubernatoruna təbrik məktubu ünvanlayıb
# 25 yanvar 2014 12:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru xanım Kventin Braysa ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.

APA – nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli xanım general-qubernator, milli bayramınız – Avstraliya günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR