“AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” qəbul olunub

“AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” qəbul olunub
# 30 iyun 2014 09:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirə olunub.

APA-nın xəbərinə görə, yeni konsepsiya barədə məlumat verən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, prezidentin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkə üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilib.

Onun sözlərinə görə, konsepsiyada elmi potensialın inkişafı və ondan ölkənin tərəqqisi üçün istifadə olunması mühüm məqsəd kimi qarşıya qoyulub: “Bu vəzifələrin öhdəsindən gəlmək üçün AMEA-da elmin təşkili və idarə edilməsi, elmi fəaliyyətin strukturu və tərkibi müasir səviyyədə qurulmalıdır. Bu səbəbdən AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanmasına zərurət yaradıb. Konsepsiyada elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi strukturun müasirləşdirilməsi və elmin inkişafına xidmət edən digər tədbirlər əks olunub”.

AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda müzakirə olunan “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirələrdən sonra qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR