“İstiqlal Bəyannaməsi”nin orijinal nüsxəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib

“İstiqlal Bəyannaməsi”nin orijinal nüsxəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib
# 05 may 2014 13:45 (UTC +04:00)

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sənəd Prezident Administrasiyasının rəhbərinin müavini, prezidentin köməkçisi Əli Əsədov tərəfindən muzeyə təqdim olunub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı dövlət başçısına kollektiv adından təşəkkürünü bildirib, sənədin Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, sənəd 1918-ci ildə Paris sülh konfransına yola düşən nümayəndə heyətinin Parisə apardığı “Bəyannamə”nin orijinal nüsxələrindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR