Daxili işlər naziri Ramil Usubov Gəncə şəhərində vətəndaşları qəbul edib

Daxili işlər naziri Ramil Usubov Gəncə şəhərində vətəndaşları qəbul edib
# 26 oktyabr 2013 14:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 26-da Gəncə şəhərində növbəti qəbul keçirib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər və Xocalıdan olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Daha sonra daxili işlər naziri Gəncə BŞPİ Kəpəz Rayon Polis İdarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. R. Usubov yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşərək əlamətdar hadisə münasibətilə onları təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR