Bakı-Sumqayıt avtomobil yolunda tikilən yeni körpü bu ilin ortalarında istismara veriləcək

Bakı-Sumqayıt avtomobil yolunda tikilən yeni körpü bu ilin ortalarında istismara veriləcək
# 03 mart 2014 08:47 (UTC +04:00)

Hazırda bu məqsədlə Bakıdan Sumqayıt istiqamətində (Biləcəri qəsəbəsi hissəsində) yeni bir aşırımlı körpü inşa olunur. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, körpünün yanaşma yolları yeni inşa olunan yerüstü piyada keçidinə qədər davam edəcək: «Onun yan hissəsində isə dairəvi hərəkətin yaradılması planlaşdırılır. Bu da avtomobillərin istənilən istiqamətdə hərəkətini təmin edəcək. Bununla da avtomobillərin normal hərəkəti təmin olunacaq».

N.Həsənov əlavə edib ki, körpünün tikintisi ilə bağlı işlərin bu ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub. İşlər planlaşdırılan vaxtda bitərsə, körpü nəzərdə tutulan vaxt istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR