Zərdab rayonunun daha iki kəndinə qaz verilib

Zərdab rayonunun daha iki kəndinə qaz verilib
# 18 fevral 2014 15:25 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Bu gün Zərdab rayonunun daha iki yaşayış məntəqəsi təbii qazla təmin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, İsaqbağı və Böyük Dəkkə kəndlərinə mavi yanacaq verilib. Hər iki yaşayış məntəqəsində 273 abonent mavi yanacaqla təmin olunub. Bu məqsədlə 20 871 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Fərdi tənzimləyicilər quraşdırılıb. Mavi yanacağın verilməsi münasibətilə təşkil olunan mərasimdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev sakinləri bu əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, indiyə kimi rayonda 9 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilib. Daha 8 kəndin qazlaşdırılmasında son tamamlama işləri aparılır.

Tədbirdə rəmzi məşəl alovlandırıldıqdan sonra mərasim iştirakçıları evlərə baş çəkərək sakinləri bir daha təbrik ediblər.

Mərasimdə ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Araz Ağayev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR