Musa Pənahov: “Bakı-Tiflis-Qars dəmir yolunda sərnişinlərin gediş haqqı məsələsi hazırda müzakirə olunur” - VİDEO

Musa Pənahov: “Bakı-Tiflis-Qars dəmir yolunda sərnişinlərin gediş haqqı  məsələsi hazırda müzakirə olunur” - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 11:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmir yolunda sərnişinlərin gediş haqqına dair məsələlər hazırda müzakirə olunur. Sözsüz ki, təyyarə ilə müqayisədə qatarla gediş haqqı daha ucuz olacaq.

APA-Economics”in məlumatına görə, bunu haqda nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

“Əlbəttə ki, vaxt baxımından təyyarə daha sürətlidir və insanlara sərf edir. Amma istirahət və rahat getmək istəyən insanlar üçün də elə tariflər müəyyənləşdiriləcək ki, bu marşrutdan istifadə etmək onlara da əlverişli olsun”, - deyə M. Pənahov qeyd edib.

Nazir müavini əlavə edib ki, bu ilin oktyabrında ilk işçi qatar Türkiyə ilə sərhədə qədər gedəcək: “2015-ci ildə üç ölkə arasında xətləri birləşdirəcək və hərəkəti təşkil edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR