Ukraynanın Mariupol şəhərində separatçıların lideri yaxalanıb 

Ukraynanın Mariupol şəhərində separatçıların lideri yaxalanıb 
# 12 iyun 2014 14:22 (UTC +04:00)

APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi A. Fomenko və daha iki separatçının Milli Qvardiyanın əsgərləri tərəfindən saxlanıldığını açıqlayıb.

Açıqlamada bildirilir ki, A. Fomenko Donetsk vilayəti ərazisində terrorçu və separatçı fəaliyyətlərin təşkilatçılarından biridir: “Vətəndaş Fomenko ilə birlikdə “Donetsk Xalq Respublikasının Mariupol üzrə komitə sədri Nikolay Lısoqor və “DNR”in fəalı Sergey Zimnitski də saxlanılıb. Onların üzərində külli miqdarda təşviqat materialları və silah-sursat aşkarlanıb. Saxlanılanlar Təhlükəsizlik Xidmətinə təhvil verilib”.

Separatçıları iyunun 12-də gecə yaxalanıb. İnternetdə yayılan videoda görünür ki, onların olduğu avtomobil şəhərin mərkəzində silahlı şəxslər tərəfindən ələ keçirilərək aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR