Baş Prokurorluğun həbsdə olan sabiq əməkdaşının cinayət işi yenidən istintaq orqanına qaytarılıb

Baş Prokurorluğun həbsdə olan sabiq əməkdaşının cinayət işi yenidən istintaq orqanına qaytarılıb
# 14 mart 2014 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən rus əsilli Azərbaycan vətəndaşları bildiriblər ki, onlar tərcüməçi ilə təmin olunmaq istəyirlər. Bunun üçün də iş yenidən ibtidai istintaqa qaytarılıb. Həmin şəxslər tərcüməçi ilə təmin olunduqdan sonra cinayət işi yenidən məhkəməyə göndəriləcək.


Qeyd edək ki, təqsirləndirilən Vüsal Müslümov və onunla birlikdə həbs olunmuş digər 3 nəfər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunurlar.

V. Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR