Rassmusen: NATO Moldova ilə əməkdaşlığın dərinləşdirilməsində təkid etməyəcək

Rassmusen: NATO Moldova ilə əməkdaşlığın dərinləşdirilməsində təkid etməyəcək
# 11 fevral 2014 13:14 (UTC +04:00)

Bakı – APA. NATO Moldova ilə əməkdaşlığın dərinləşdirilməsində təkid etməyəcək.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Brüsseldə Moldova baş nazirinin müavini, xarici işlər naziri Natalya Germanla görüşdə NATO baş katibi Anders Foq Rassmusen bəyan edib.

Görüşdə Moldova-NATO fərdi tərəfdaşlıq planının icrası, alyans tərəfindən Moldovaya orduda islahatlar aparmaq üçün yardımın ayrılması və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Moldova Kommunist Partiyası və digər müxalifət fraksiyaları moldovalı əsgərlərin Kosovoya göndərilməsinin əleyhinə çıxış edib. Moldova Kommunist Partiyası ölkə parlamentində çoxluğa malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR