Bakıda Doqquzuncu Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO

Bakıda Doqquzuncu Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - <span style="color: red;">FOTO
# 13 mart 2014 14:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Doqquzuncu Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda Səhiyyə Nazirliyinin baş nefroloqu Mehman Ağayev bildirib ki, son illər Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artır. Onun sözlərinə görə, bunun əsas səbəbi belə xəstələrə dövlət tərəfindən diqqətin artırılması, müasir avadanlıqlar vasitəsilə xəstəliyin vaxtında aşkarlanmasıdır. M.Ağayev qeyd edib ki, bu xəstəliyin aradan qaldırılması, mövcud sahədə problemin həllinə hər bir ictimai qrup və insanlar qoşulmalıdır. Yalnız birgə əməkdaşlıq, diqqət və məhəbbət sayəsində xəstələrə yardım etmək olar.

Tədbirin davamında çıxış edən M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda Böyrək əvəzedici terapiyanın 2013-cü il registri” mövzusunda məruzə ilə çıxış edib. Ölkədə xəstəliyin müalicəsi il bağlı müəyyən məsələlərdən danışan F.Babayevin sözlərinə görə, bu xəstəliyin həllinə 2006-cı ildən etibarən başlanılıb və bu vaxta kimi müəyyən nəticələr əldə olunub.

Daha sonra tanınmış alimlər “Böyrək transplantasiyası və virus hepatitləri”, “Böyrəklərin xronik xəstəliyi zamanı ürəyin işemik xəstəliyi”, “Ailəvi aralıqdənizi qızdırması”, “Uşaqlarda nevrotik sindromun müasir müalicəsi” və digər mövzulara dair məruzələrlə çıxışlar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR