Azərbaycan külək və kiçik su elektrik stansiyalarının gücünü artırır

Azərbaycan külək və kiçik su elektrik stansiyalarının gücünü artırır
# 03 mart 2014 09:47 (UTC +04:00)

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, tikintisi planlaşdırılan yeni stansiyaların hesabına həyata keçiriləcək və 2020-ci ilə qədər ölkədə KES-lərin gücü 512,5 MVt, KSES-lərin gücü 60 MVt-a çatdırılması planlaşdırılır.

Belə ki, üç mərhələdən ibarət olacaq layihənin ilk hissəsi 2014-2016-cı illəri əhatə edəcək və burada ölkədəki KES-lərin gücü 150 MVt, 2017-2018-ci illərdə daha 150 MVt gücündə yeni stansiyalar tikiləcək. Sonuncu, üçüncü mərhələdə isə (2019-20-ci illər) gücü 212,5 MVt olan daha bir neçə bu tip stansiya tikilərək istifadəyə veriləcək.

Həmçinin, ilk mərhələdə (2014-2016-cı illər) Azərbaycanda kiçik su elektrik stansiyalarının gücü 15 MVt artırılacaq. Layihənin ikinci mərhələsində (2016-2018-cı illər) KSES-lərin gücü daha 20 MVt, sonuncu mərhələdə isə (2019-20-ci illər) daha 25 MVt artırılacaq.

Bu arada, Azərbaycanda biokütlədən alınan enerjinin də gücü artırılacaq. Belə ki, 2014-2016-cı illərdə yeni tikiləcək stansiyalar hesabına bu növ enerjinin gücü 100 MVt, 2017-2018-cı illərdə isə 200 MVt artırılacaq. Sonuncu, 2019-20-ci illəri əhatə edən 3-cü mərhələdə isə ölkədə biokütlə enerjisinin istehsalı daha 215 MVt artırılacaq. Beləliklə, 2020-ci ilin sonuna kimi Azərbaycanda yeni tikiləcək stansiyalar hesabına biokütlə enerjisinin gücü 515 MVt gücündə artırılacaq.

Qeyd edək ki, 2020-ci ilə qədər ölkənin enerji balansında alternativ enerji mənbələrinin payının 20%-ə çatdırılması nəzərdə tutulub. Növbəti 10 ildə isə bu rəqəmin daha da artırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR