Amerikalı professor yeni nəşr etdirdiyi kitabını AMEA Mərkəzi Kitabxanasına hədiyyə edib - FOTO

Amerikalı professor yeni nəşr etdirdiyi kitabını AMEA Mərkəzi Kitabxanasına hədiyyə edib - <span style="color: red;">FOTO
# 26 may 2014 16:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. ABŞ-ın C.Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, professor Frederik Starr Azərbaycan Milli Elmlər Akademiyasının yeni açılmış Mərkəzi Kitabxanasının qonağı olub. Mərkəzi Kitabxananın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, F. Starr kitabxananın İnformasiya Resursları Mərkəzinin heyəti ilə görüşü zamanı kitab fonduna yeni nəşr etdirdiyi “İtirilmiş ziya: Mərkəzi Asiyanın qızıl əsri - ərəb işğalından Tamerlana qədər” adlı kitabını hədiyyə edib. Kitabda regionun intibah dövrünün tarixindən bəhs edilir.

Əsərdə Mərkəzi Asiyanın tarixi digər regionlarla, o cümlədən Azərbaycanın daxil olduğu Qafqaz bölgəsi ilə əlaqəli şəkildə təhlil olunur. Kitabın əsas özəlliklərindən biri də millətlərin və dövlətlərin tarixinin, parlaq ziyalı və alimlərin taleyi və yaradıcılığı fonunda araşdırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR