Ermənistan prezidenti sabah Gürcüstana səfər edəcək

Ermənistan prezidenti sabah Gürcüstana səfər edəcək
# 17 iyun 2014 12:01 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana səfər edəcək.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 18-19 iyun tarixlərində gerçəkləşəcək səfər zamanı S.Sarkisyan gürcüstanlı həmkarı Georqi Marqvelaşvili ilə təkbətək görüş keçirəcək.

Ermənistan prezidentinin həmçinin Gürcüstan parlamentinin sədri David Usupaşvili və baş nazir İrakli Qaribaşvili ilə görüşəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR