Əbülfəs Qarayev: “2020-ci ilə qədər Azərbaycana gələn turistlərin sayının ildə 5 milyona çatdırılması qarşıya məqsəd qoyulub”

Əbülfəs Qarayev: “2020-ci ilə qədər Azərbaycana gələn turistlərin sayının ildə 5 milyona çatdırılması qarşıya məqsəd qoyulub”
# 12 mart 2014 10:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bizim niyyət və məqsədimiz yaxın 3-5 ildə turistlərin sayının 30-40 faiz artımına nail olmaqdır”. APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbulfəs Qarayev söyləyib.

Ə. Qarayev deyib ki, 2020-ci ilə qədər Azərbaycana gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılması qarşıya məqsəd qoyulub.

“Euronews” və digər xarici kanallarla əməkdaşlıqdan söz açan mədəniyyət və turizm naziri bu əməkdaşlığın Azərbaycana turist axınının artmasında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları, III Mədəniyyət Forumu, musiqi və idman yarışları keçiriləcək: “Bütün bunlar Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR