"Qatar bələdçiləri arasında QİÇS xəstəliyi yayılması xəbəri əsassızdır" - VİDEO

"Qatar bələdçiləri arasında QİÇS xəstəliyi yayılması xəbəri əsassızdır" - <span style="color: red;">VİDEO
# 03 mart 2014 13:26 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda qatar bələdçiləri arasında QİÇS xəstəliyinin yayılması barədə səslənən fikirlər əsassızdır. Bu barədə APA TV-yə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəisi Nadir Azməmmədov bildirib. Onun sözlərinə görə, belə bir hala rast gəlinməyib: “İşçilərimiz mütəmadi olaraq müayinəyə cəlb olunurlar. Sadəcə kişi bələdçilərdən bir neçəsi tibbi müayinəyə gəlməyib, onlar da buna görə tənbeh olunub”.

Dövlət Dəmir Yolu Xəstəxanasının həkim-ekspert komissiyasının sədri Faiq İsmayılov da deyilənləri təsdiq edib. Həkim bildirib ki, dəmiryolçular hər 6 aydan bir məcburi müayinədən keçirlər.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı-Moskva reysi ilə hərəkət edən qatarın 30-a qədər bələdçisinin QİÇS-ə yoluxduğu barədə xəbərlər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR