ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın əleyhinə qətnamə qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın əleyhinə qətnamə qəbul edib
# 12 mart 2014 02:05 (UTC +04:00)

Bakı-APA. ABŞ Konqresinin aşağı palatası Moskvanın Ukraynaya qarşı hərəkətləri ilə bağlı Rusiyaya sanksiyaların tətbiq edilməsini dəstəkləyən qətnamə qəbul edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, palatanın 402 üzvü qətnaməni dəstəkləyib, 7 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, ötən həftə Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsi bu sənədi qəbul edib.

Məlumata görə, komitə tərəfindən qəbul olunan qətnamə tövsiyə xarakteri daşıyır.

Xatırladaq ki, qeyd olunan qətnamə Rusiyanın yüksək vəzifəli şəxsləri, dövlət bankları və digər dövlət orqanlarına qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR