Moskva məhkəməsi Ukraynanın “Sağ sektor” millətçi təşkilatının liderinin həbsinə qərar verib

Moskva məhkəməsi Ukraynanın “Sağ sektor” millətçi təşkilatının liderinin həbsinə qərar verib
# 12 mart 2014 07:56 (UTC +04:00)

Bakı-APA. Moskvanın Basman rayon məhkəməsi Ukraynanın “Sağ sektor” radikal millətçi təşkilatının lideri Dmitri Yaroşun həbsinə qərar verib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, D.Yaroş terrorçu və ekstremist fəaliyyət göstərməkdə ittiham olunur.

Müstəntiq bildirib ki, Yaroşun Rusiya ərazisində daimi yaşayış yeri yoxdur. Lakin onun Ukrayna yaxud Polşa ərazisində ola biləcəyi haqda məlumatlar var.

Qeyd edək ki, ötən həftə Rusiya D.Yaroşu beynəlxalq axtarışa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR