Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
# 19 fevral 2014 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

ARDNF-dən «APA-Economics»ə verilən məlumata görə, iclas zamanı MHŞT üzrə fəaliyyət hesabatının layihə mətni (2013-cü il üzrə), mədən hasilatı sənayesi üzrə kontekstual məlumatların toplanması, QHT Koalisiyasının hesabat formalarına dair təklifləri və Yeni Memorandumun yekun layihəsi ətrafında müzakirələr aparılıb. İclas iştirakçıları, həmçinin ÇQ iclaslarının protokollarından çıxarışların ictimaiyyətə açıqlanmasına dair müvafiq qərar qəbul ediblər.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR