Abel Məhərrəmov sabah BDU-nun narazı tələbələri ilə görüşəcək - YENİLƏNİB - VİDEO

Abel Məhərrəmov sabah BDU-nun narazı tələbələri ilə görüşəcək - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 12:01 (UTC +04:00)

APA-nın məlumatına görə, BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edib.

BDU-nun rektoru Abel Məhərrəmov tələbələrin qarşısına çıxıb. A. Məhərrəmov tələbələrə bildirib ki, sabah saat 12:00-da universitetdə onlarla görüşəcək. Görüşdə tələbələrin fikirləri dinləniləcək. “İştirak etmək və əlavə məlumat almaq istəyən bütün jurnalistlər də həmin görüşdə iştirak edə bilərlər”, - deyə rektor bildirib.

Daha sonra aksiya cəhdinin qarşısı polis tərəfindən alınıb, saxlanılanların olduğu bildirilir.

Yasamal Rayon Polis İdarəsindən isə APA-ya BDU-da aksiyaya cəhdin edildiyi barədə onlarda məlumatın olmadığını deyiblər.

***

Saat 14:33

Bakı. Fuad Cəfərov - APA. Bakı Dövlət Universitetində (BDU) tələbələr aksiya keçirməyə cəhd edirlər.

APA-nın məlumatına görə, BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edir.

Saxlanılanların olduğu bildirilir.

Yasamal Rayon Polis İdarəsindən isə APA-ya BDU-da aksiyaya cəhdin edildiyi barədə onlarda məlumatın olmadığını deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR