Şamaxıda “Mercedes” ağaca çırpılıb: sürücü ölüb, sərnişin ağır xəsarət alıb

Şamaxıda “Mercedes” ağaca çırpılıb: sürücü ölüb, sərnişin ağır xəsarət alıb
# 16 fevral 2014 03:21 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Bakı-Qazax yolunun 122-ci kilometrliyində 1977-ci il təvəllüdlü Abbasov Eyub Nizami oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobil ağaca çırpılıb. Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü E.Abbasov hadisə yerində vəfat edib, avtomobildə olan sərnişin bədən xəsarətləri alıb.

Xilasedicilər hadisə yerinə çatana kimi sürücü vətəndaşlar tərəfindən avtomobildən çıxarılıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 02:32-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR