DİN ötən gün Beyləqanda çörək sexinin partlaması, Astarada Mərkəzi bazarın yanması ilə bağlı məlumat yayıb

DİN ötən gün Beyləqanda çörək sexinin partlaması, Astarada Mərkəzi bazarın yanması ilə bağlı məlumat yayıb
# 18 fevral 2014 10:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) ötən gün Beyləqanda çörək sexinin partlaması, Astarada Mərkəzi bazarın yanması ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 17-də saat 17 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakini Yusif Cəfərova məxsus çörək sexində yüksək təzyiqdən partlayış baş verib. Nəticədə sexə ziyan dəymiş, orada işləyənlər, şəhər sakinləri Vəzifə Süleymanova, Məfkurə Fərəcova, Zenfira Abbasova, Xalidə Həsənova və Nəzakət Quliyeva xəstəxanaya yerləşdirilmiş, onlara ilkin tibbi yardım göstərilib.

Fevralın 17-də saat 15 radələrində Astara şəhərinin ərazisində Sərək kənd sakini Rauf Həziyevə məxsus bazarda yanğın baş verib. Nəticədə 1500 kvm. sahədə olan mağazaların yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Yanğın saat 18.10-da söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR