Ötən il Azərbaycanda 700-dən artıq hərbi qulluqçu mənzillə təmin olunub

Ötən il Azərbaycanda 700-dən artıq hərbi qulluqçu mənzillə təmin olunub
# 10 mart 2014 11:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ötən il Azərbaycan Silahlı Qüvvələrində 700-dən artıq hərbi qulluqçu mənzillə təmin olunub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib.

V.Dərgahlının sözlərinə görə, dövlət başçısının «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli fərmanının icrası çərçivəsində 20 təqvim ili və daha çox xidmət etmiş 200-dən artıq hərbi qulluqçu daimi, 500-ə yaxın hərbi qulluqçu isə xidməti mənzillə təmin edilib.

«Hərbi qulluqçular daimi mənzillə əsasən Bakı, Xırdalan və Naxçıvan şəhərlərində, xidməti mənzillə isə paytaxtda, Kürdəmirdə və Qusarda təmin olunublar», - deyə V.Dərgahlı bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması prosesinin 2014-cü ildə də davam etdirilməsi planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR