İranda zəlzələ olub

İranda zəlzələ olub
# 06 fevral 2014 10:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Fars vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Fars vilayətinin Darian şəhərinə təsadüf edib. 4.2 bal gücündə olan zəlzələ fevralın 6-da Bakı vaxtı ilə saat 06:09-da yerin 16 km dərinliyində meydana gəlib. Təbii fəlakət Dariandan 38 km, Meymanddan 41 km və Sarvestandan 42 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, bundan 33 dəqiqə əvvəl isə İranın Fars vilayətinin Meymand şəhərində yerin 12 km dərinliyində 4.0 bal gücündə zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR